Bakıda karantin postları yenidən qurulur

  • SpaceTV
  • 10 İyul 2020 10:21

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur.

space tv-ın məlumatına görə, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunur.

Bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir. 

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.

Paylaş

 Xəbəriniz olsun