Bakıda kanalizasiya yaşayış binasının zirzəmisinə axıdılır: 250 ailənin həyatı təhlükədə

  • Space TV
  • 26 Noyabr 2019 13:17

Bakıda kanalizasiya yaşayış binasının zirzəmisinə axıdılır. 

SPACE TV-in məlumatına görə, bina Xətai rayonu, Sadıqcan küçəsində yerləşir.

Sakinlərin saytımıza verdiyi açıqlamaya görə, bina tamamilə suyun içindədir.

“Binanın kanalizasiyası zirzəmiyə axıdılır. Çox böyük binadır. Vəziyyət hər zaman belə olub, indi isə daha kritik həddədir”.

Qeyd edək ki, binada 250-yə yaxın ailə yaşayır.

Görüntüləri təqdim edirik:

Paylaş

 Xəbəriniz olsun