Bakıda kafe sərt karantinə məhəl qoymurmuş: Sahibkar və müştərilər tutuldu – FOTO

  • Space TV
  • 11 Yanvar 2021 11:14

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən “Şeş-Beş”  kafesini aşkarlayıblar.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Baxış zamanı kafenin sahibi Anar Abdullayev və daha beş müştəri saxlanılaraq, ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək, hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi A.Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.

Paylaş

 Xəbəriniz olsun