Bakıda iki tələbənin öldüyü dəhşətli qəza

  • SpaceTV
  • 11 Dekabr 2019 10:34

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə daş bazarı yaxınlığında qeydə alınıb.

SPACE TV  xəbər verir ki, hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, ərazidə işıqlandırma zəif olduğu üçün “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub.

Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Paylaş

 Xəbəriniz olsun