Bakıda iki nəfər özünü asıb

  • Space TV
  • 22 Fevral 2021 13:50

Bakıda intihar hadisəsi baş verib.

Spacetv.az-ın verdiyi xəbərə görə, hadisə fevralın 21-i səhər saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində baş verib.

1983-cü il təvəllüdlü Mürvət Valeh oğlu Allahverdiyev yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bundan başqa, fevralın 21-i gecə saat 01:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşayan Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Nicat Gülağa oğlu Şirəliyev evdə özünü asıb.

Paylaş

 Xəbəriniz olsun