Bakıda iki avtomobil toqquşub

  • SpaceTV
  • 21 Oktyabr 2019 10:58

Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “KİA” markalı iki minik avtomobili toqquşub.

SPACE TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun