Bakıda iki avtobus toqquşub, yaralılar var

  • SpaceTV
  • 5 Noyabr 2019 11:20

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV  bildirir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “90-RA-864” dövlət nömrə nişanlı 57 saylı marşrutla “Bakubus” MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub. 7A avtobusun sürücüsü Çingiz Salamov SPACE TV-ə bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.

Paylaş

 Xəbəriniz olsun