Bakıda havadan gələn qoxu hamını NARAHAT ETDİ

  • SpaceTV
  • 7 İyul 2020 09:38

Hazırda Bakının bəzi ərazilərində havadan üfunət iyi gəlir.

SPACE TV xəbər verir ki, bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir.

Müxtəlif istifadəçilərin bildirdiklərinə görə, qoxu daha çox 3, 6, 7, 8, 9-cu mikrorayonlar, Dərnəgül, Nərimanov metrostansiyaları ətrafında, eləcə də şəhərin digər ərazilərində hiss olunur.

Qoxunun səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.

Paylaş

 Xəbəriniz olsun