Bakıda güclü yanğın

  • SpaceTV
  • 6 İyul 2020 10:07

Bakıda daha bir güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində, məcburi köçkünlərin yaşadığı evlərdən birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva space tv -a açıqlamasında səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayış evində yanğın olması barədə Nazirliyin çağrı mərkəzinə çağırış daxil olduğunu deyib:

“Yanğınla bağlı məlumat daxil olan kimi əraziyə Nazirliyin yanğından mühafizə xidmətinin müvafiq qüvvələri göndərilib”.

Paylaş

 Xəbəriniz olsun