Bakıda güclü yanğın – 70 sakin təxliyə olundu

  • SpaceTV
  • 12 Dekabr 2019 10:27

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

SPACE TV-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun