Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı – VİDEO

  • SpaceTV
  • 7 Oktyabr 2019 16:12

Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda 12 ağac aşıb.

Bu barədə SPACE TV-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Orxan Məmmədov bildirib ki, 20-dən çox ağacın isə budaqları sınıb:

“Hadisələr Nərimanov, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Nizami rayonlarında baş verib”.

Şöbə rəisi əlavə edib ki, paytaxtın iki ərazisində ağac maşının üstünə düşüb:

“Hadisələr Səbail və Nizami rayonlarında qeydə alınıb. Hər ikisi normal bioloji inkişafda olan sağlam ağaclar olub”.

Paylaş

 Xəbəriniz olsun