Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı

  • SpaceTV
  • 4 Noyabr 2019 12:01

Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb.

Bu barədə SPACE TV-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Şöbə rəisi bildirib ki, ağaclardan 15-i kökündən qopub:

“Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Binəqədi rayonlarında baş verib”.

Orxan Məmmədov əlavə edib ki, dörd maşının üstünə ağac aşıb:

“Bizdə olan məlumata görə, xəsarət alan olmayıb. Yalnız dörd maşının üstünə ağac düşüb”.

Paylaş

 Xəbəriniz olsun