Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır

  • Space TV
  • 16 May 2020 14:27

Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

SPACE TV  xəbər verir ki, Paytaxtın kommunal strukturlarından daxil olan məlumata görə, səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun