Bakıda gənc oğlan atasını bıçaqlayıb

  • Space TV
  • 7 Sentyabr 2020 16:54

Bakıda oğul atasını bıçaqlayıb.

Spacetv.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Xəyyam Məmmədov münaqişə zəmində eyni ünvanda yaşayan atası Qəhrəman Məmmədovu bıçaqlayıb. Zərərçəkmiş  Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun