Bakıda gəlin qayınanasının qızıllarını oğurladı

  • SpaceTV
  • 4 Oktyabr 2019 14:46

Bakıda gəlin qayınanasının qızıllarını oğurlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və ev sahibinin oğurluğu törətməkdə şübhəli bilinən gəlini saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun