Bakıda faciə: Yanğın zamanı üç tələbə qız öldü

  • Space TV
  • 10 Yanvar 2020 10:15

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.

SPACE TV xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib.

Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb.

Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.

Paylaş

 Xəbəriniz olsun