Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan qadın yaxalandı

  • SpaceTV
  • 12 Yanvar 2021 14:55

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbər görə, yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbişova Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı təhqiqat davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun