Bakıda evdən 21 min dollar oğurlandı

  • Space TV
  • 6 Yanvar 2020 17:14

Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs saxlanılıb.

Bu barədə SPACE TV-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin ikinci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

Onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib. 

Paylaş

 Xəbəriniz olsun