Bakıda evdən 20 min manatlıq oğurluq edən ələ keçdi

  • Space TV
  • 9 Fevral 2021 11:58

Bakıda evdən 20 min manatlıq oğurluq edən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun