Bakıda evdə partlayış olub, bir nəfər xəsarət alıb

  • Space TV
  • 25 Yanvar 2021 10:37

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış dalğasının təsirindən evin divarları dağılıb, dam örtüyü yerindən çıxıb. Yanğın nəticəsində bitişik ümumi sahəsi 22 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı bir nəfər yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən ilkin yardım göstərilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş

 Xəbəriniz olsun