Bakıda doqquzuncu sinif şagirdi məktəbin üçüncü mərtəbəsindən yıxıldı

  • Space TV
  • 7 Sentyabr 2020 13:29

Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb. 

Sapacetv.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

Paylaş

 Xəbəriniz olsun