Bakıda daha bir şəxs içkidən zəhərlənib öldü

  • SpaceTV
  • 17 Yanvar 2020 11:04

Bakıda naməlum kişi meyiti tapılıb.

SPACE TV  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.

Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun