Bakıda dəmir arakəsməyə dırmanan “Range Rover”in sürücüsü xanım imiş

  • SpaceTV
  • 6 Noyabr 2019 10:48

Bir neçə gün əvvəl paytaxtın H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.


SPACE TV  xəbər verir ki, yağışlı havada yolayrıcını keçmə qaydasını pozan “Range Rover” markalı avtomobil digər avtomobillə toqquşub. Daha sonra isə yolun kənarındakı dəmirə dırmaşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib
Avtosfer.az hadisənin görüntülərini əldə edib. Məlum olub ki, avtomobili idarə edən xanım sürücü olub.

Paylaş

 Xəbəriniz olsun