Bakıda mikroavtobus yük maşınına çırpılıb, bir nəfər ölüb, 5 nəfər yaralanıb – YENİLƏNİB

  • Space TV
  • 11 Sentyabr 2020 11:47

Bakıda mikroavtobusun yük maşınına çırpılması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb.

Bu Spacetv.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Yaralılardan biri Respublika Klinik Xəstəxanasına, biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, qalan 3-ü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

10:51

Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza zamanı 99-XF-890 dövlət nömrə nişanlı “Mercedes Vita” markalı avtomobil TIR-a çırpılıb. 

Hadisə Bakı-Salyan şosesinin Qobustan qəsəbəsindən keçən hissəsində baş verib. 

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. 

Hüquq-mühafizə orqanlarından Spacetv.az-a bildirilib ki, hadisə nəticəsində şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan üç nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun