Bakıda dəhşət: Avtobus və minik avtomobili toqquşub, hər ikisi körpüdən aşıb – Yaralılar var

  • SpaceTV
  • 25 Yanvar 2020 13:52

Bakıda ağır yol qəzası baş verib.

SPACE TV-in məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb.

Hadisə ilə bağlı TƏBİB-dən SPACE TV-a verilən məlumata görə, qəzada ölən olmayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan beşi kişi, ikisi qadın olmaqla, yeddi nəfərə isə 3 saylı Şəhər Xəstəxanasında ambulator yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun