Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

  • SpaceTV
  • 27 Noyabr 2020 15:25

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində, çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyləri nəticəsində qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun