Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi

  • SpaceTV
  • 19 Fevral 2020 11:09

Bakıda canavar yerli sakini dişləyib.

SPACE TV xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb.

Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Paylaş

 Xəbəriniz olsun