Bakıda “BMW X5” yoldan çıxıb dərəyə yuvarlandı

  • Space TV
  • 22 Yanvar 2020 12:07

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yol ilə hərəkətdə olan 41-BC-069 dövlət nömrəli “BMW X5” markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Şahidlərin bildirdiyinə görə, hadisədə ciddi xəsarət alan olmayıb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Paylaş

 Xəbəriniz olsun