Bakıda birmərtəbəli evdə yanğın

  • Space TV
  • 10 Avqust 2020 10:06

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m. olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 20 kv.m. sahədə və dam örtüyü 70 kv.m. sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun