Bakıda birgünlük körpəni küçəyə atdılar

  • SpaceTV
  • 18 Oktyabr 2019 11:30

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb. 

SPACE TV hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub. 

Körpə tapılandan sonra xəstəxanaya aparılıb. 

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil. 

Paylaş

 Xəbəriniz olsun