Bakıda bir nəfər liftin şaxtasına düşdü

  • SpaceTV
  • 7 Avqust 2020 10:48

Bakı şəhəri, Yasamal rayonunda bir nəfər liftin şaxtasına düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının damında olarkən ehtiyatsızlıqdan binanın şaxtasına düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın şaxtadan çıxarılmasını təmin ediblər.

Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun