Bakıda bir ailənin üç üzvü bıçaqlandı

  • Space TV
  • 22 Fevral 2021 10:11

Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Fərzəliyev küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıblar.

Şücaət Əzimov isə qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb.

Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun