Bakıda baş verən qətlin təfərrüatı: Qısqanc ər güllə ilə bacanağının gözündən vurdu

  • Space TV
  • 28 Dekabr 2019 15:22

Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Bu barədə  SPACE TV-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb.

Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.

Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub.

Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub.

X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib.

Nəticədə, bacanaqların biri ölüb, ikisi isə dəmir barmaqlıqlar arxasına göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, dekabr başlayandan Bakıda üç qətl hadisəsi baş verib.

Paylaş

 Xəbəriniz olsun