Bakıda bələdiyyə sədri koronavirusdan öldü

  • Space TV
  • 2 Dekabr 2020 16:48

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub. 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.

Paylaş

 Xəbəriniz olsun