Bakıda ayağı sürüşən kişi 10 metr hündürlükdən yıxılıb öldü

  • SpaceTV
  • 22 Noyabr 2019 17:23

Bakının Sabunçu rayonunda 55 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

SPACE TV xəbər verir ki, bədbəxt hadisə rayonun Bakıxanov qəsəbəsi,Y.Əliyev küçəsi 5 ünvanında baş verib.

Belə ki, qeyd edilən ünvanda yaşayan və orada fəhlə kimi çalışan Beyləqan rayon sakini, 1964-cü il təvəllüdlü Sərvər Ənvər oğlu Əhmədov qəsəbədəki O.Əfəndiyev küçəsində yerləşən hündür ərazidə gedərkən ayağı sürüşərək 10 metr hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun