Bakıda avtosalonda YANĞIN – zəhərlənən var

  • Space TV
  • 30 Noyabr 2019 10:41

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

SPACE TV Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun