Bakıda avtomobildən pul və brilyant oğurlanıb

  • SpaceTV
  • 26 Oktyabr 2019 11:18

Bakıda avtomobildən xeyli miqdarda pul və brilyant daş-qaşlar oğurlanıb.

SPACE TV xəbər verir ki, hadisə oktyabrın 24-də paytaxtın Xətai rayonu, A.İsmayılov küçəsində baş verib.

Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü İ.Rəhimova məxsus “İnfiniti” markalı avtomobildən şüşəni sındırmaqla 1500 manat, 3000 avro və briliyant daş-qaşlar oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və xuliqanlıq maddələri ilə məhkum edilmiş 1991-ci il təvəllüdlü R.Şahbazov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun