Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu

  • SpaceTV
  • 2 Noyabr 2019 14:24

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən gənc qadın tutulub.

Bu barədə SPACE TV Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluq oktyabrın 31-də saat 17:00 radələrində Telnova küçəsində törədilib. Belə ki, 1966-cı il təvəllüdlü Maarif Əliyevə məxsus “Mercedes” markalı avtomobildən 250 manat oğurlanıb. Oğru avtomobilin qapısının kilidlənməməsindən yararlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34-cü polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü E.Büniyatovanı saxlayıblar.

Müşahidə kameraları sayəsində qadın saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Əgər saxlanılan şəxsin digər avtomobil oğurluqları ilə əlaqəsi  ortaya çıxarsa, həbs olunacaq. Əks təqdirdə, inzibati cəza – cərimə cəzası alacaq.

Paylaş

 Xəbəriniz olsun