Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı

  • SpaceTV
  • 6 Noyabr 2019 11:34

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirib video paylaşan şəxs saxlanılıb.

Bu barədə SPACE TV-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir.

Paylaş

 Xəbəriniz olsun