Bakıda avtomobil səkiyə çırpılıb, 2 nəfər yaralanıb

  • SpaceTV
  • 11 Oktyabr 2019 10:45

Nizami rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, “Ruslan” marketin qarşısında baş verib. 1952-ci təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Hadisə zamanı N.Yolçuyev və onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. N.Yolçuyevə döş qəfəsinin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun