Bakıda avtomobil maneəyə çırpıldı: Bir ölü, dörd yaralı

  • Space TV
  • 22 Yanvar 2021 13:50

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü və dörd sərnişini xəstəxanaya yerləşdirilib. Yaralılardan biri xəstəxanada həyatını itirib.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun