Bakıda avtobus sürücüsü piyadanı döyüb

  • SpaceTV
  • 5 Dekabr 2019 11:32

Sabunçu rayonunda döyülmə hadisəsi baş verib. Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, avtobus sürücüsü 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oqtay oğlunu döyərək xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona burunun sınığı, üzün əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun