Bakıda anbar yanıb

  • Space TV
  • 18 Avqust 2020 11:14

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 kvadrat metr olan, anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 kvadrat metr sahədə yanıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Alov söndürülüb.

Paylaş

 Xəbəriniz olsun