Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü dördüncü mərtəbədən atdı

  • Space TV
  • 21 Dekabr 2020 09:51

Bakıda intihara cəhd hadisəsi baş verib.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun dörd yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın dördüncü mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş

 Xəbəriniz olsun