Bakıda altı avtomobil toqquşub, ölən var

  • SpaceTV
  • 23 Sentyabr 2020 00:16

Bakıda Hava Limanı istiqamətində yolun Suraxanı rayonuna düşən hissəsində, Bülbülə qəsəbəsinə dönən hissədə “Mercedes” markalı avtomobil “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Spacetv.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya səbəb olub.

Belə ki, VAZ 21015-in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn “Volkswagen”, “Toyota”, “Mercedes” markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

Paylaş

 Xəbəriniz olsun