Bakıda ailə münaqişəsi qanlı bitdi: Kişi boşanmış bacısına işlərinə qarışmağı qadağan etdi, bıçaqlandı

  • Space TV
  • 28 Dekabr 2019 16:32

Dekabrın 27-də Bakının Yasamal rayonunda xoşagəlməz hadisə baş verib: bacı qardaşını qarnından bıçaqlayıb.

Bu barədə SPACE TV-ə rayon polis idarəsindən məlumat veriblər.

Münaqişə saat 08:00 radələrində Hüseyn Cavid küçəsində yerləşən evlərdən birində baş verib. 1993-cü il təvəllüdlü Fidan Hüseynova 1986-cı il təvəllüdlü İsa Qəmbərovu bıçaqlayıb. Zərərçəkən 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qadın 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, qohumlar arasında münaqişə İ.Qəmbərovun bacısına ailə işlərinə müdaxilə etməsini və məsləhətlər verməsini qadağan etməsi səbəbindən baş verib. Onun sözlərinə görə, gənc qadın ərindən boşandığı üçün belə bir haqqını itirib və bu ailənin tamhüquqlu üzvü sayılmır.

Qardaşından hörmətsizlik görən bacı bıçaq dalınca mətbəxə gedib və sonra otağa qayıdaraq onu vurub.

Faktla əlaqədar istintaq davam edir.

Paylaş

 Xəbəriniz olsun