Bakıda ağır qəza

  • SpaceTV
  • 6 Avqust 2019 11:03

SPACE.TV-nin məlumatına görə, Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Hövsan-Türkan yolunda 2 avtomobilin toqquşuması nəticəsində   14 nəfər xəsarət alıb. Ağır xəsarət alan  40 yaşlı Əjdər Xudaverdiyev və 13 yaşlı Əli Musayev  isə dünyasını dəyişib.

Digər xəsarət alanlar  8 yaşlı  Hüseyn Fərzizadə və Zümrüd İsgəndərova, 5 yaşlı Leyla Xudaverdiyeva, 10 yaşlı Selcan Sultanova, 1 yaşlı Məhəmməd Salmanov, 36 yaşlı Natiq Həşimov, 32 yaşlı Rahidə Fərziyeva, 30 yaşlı Nübar Əsgərzadə, 30 yaşlı Kifayət Xudaverdiyeva və 17 yaşlı Hidayət Bəhramov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Paylaş

 Xəbəriniz olsun