Bakıda ağır qəza: Yaralılar var

  • Space TV
  • 23 Dekabr 2019 12:26

Bakıda Nobel prospektində avtomobil qəzası baş verib. Qəza nəticəsində iki nəfərin yaralandığı bildirilib. 

SPACE TV xəbər verir ki, sosial şəbəkələrdə təcili tibbi yardımın hadisə yerinə gec gəldiyinə dair paylaşımlar edilib. 

Səhiyyə Nazirliyi qəza və təcili tibbi yardımın vaxtından gec gəlməsi ilə bağlı açıqlama yayıb.

Nazirlikdən SPACE TV-ə verilən məlumata görə, təcili tibbi yardım avtomobilinin Nobel prospektində avtomobil qəzası baş verən əraziyə 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bildirilib ki, təcili tibbi yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. 

Ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. 

Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun