Bakıda ağır qəza – TIR körpüdən aşdı

  • SpaceTV
  • 22 Noyabr 2019 16:10

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

SPACE TV-in məlumatına görə, qəza Xocahəsən qəsəbəsində qeydə alınıb. Yüklə dolu TIR “meyvəli bazar”ın yaxınlığında olan körpüdən aşıb.

Dəmir yolunun üzərinə düşən yük avtomobilinin sürücüsünün öldüyü deyilir. Avtomobilin içində olan yük isə ətrafa dağılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Paylaş

 Xəbəriniz olsun