Bakıda ağır qəza: Motosiklet “Volkswagen”lə toqquşdu

  • Space TV
  • 21 Dekabr 2019 15:02

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

SPACE TV -in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə zamanı motosiklet 99-UJ-693 dövlət nömrə nişanlı “Volkswagen”lə toqquşub. 

Qəza Həsən Əliyev küçəsində qeydə alınıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb və çağırılan təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb. 

Paylaş

 Xəbəriniz olsun